...

DTX Azərbaycanın dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir - Əli Nağıyev

Siyasət Materials 28 Mart 2024 22:27 (UTC +04:00)
DTX Azərbaycanın dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir - Əli Nağıyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə əldə etdikləri nailiyyətlərə görə Xidmətimizin bir qrup əməkdaşı ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

"Eyni zamanda, dövlət başçısının tapşırığı ilə əməkdaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Fürsətdən istifadə edərək Xidmətimizə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentə şəxsi heyətimiz adından dərin minnətdarlığımızı bildirirəm. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyasına sadiq, möhtərəm Prezident cənab İlham Əliyevin əmr və göstərişlərinin icrasına hər an hazır olan Xidmətin hər bir əməkdaşı Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti