...

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir

Siyasət Materials 27 İyun 2024 16:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, Azərbaycanda Ağdərə rayonunun yaradılması barədə qərar qəbul olunub.

“Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. Tərtər, Kəlbəcər və Ağdam rayonları ərazisində qismən dəyişiklik edilməklə, Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o əlavə edib.

R.Qasımov bildirib ki, MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır.

“Belə ki, 96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir. 96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri müfaviq olaraq. 96 saylı Goranboy-Naftalan seçki dairəsi, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi, 118 saylı Ağdam-Xocalı seçki dairəsi, 119 saylı Ağdam seçki dairəsi və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırlsın və sözügedən dairələrin hüdudlarında qismən dəyişikliklər edilsin”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti