...

Paşinyan üçtərəfli görüşdən imtina etməklə özünü ifşa etdi - ŞƏRH

Siyasət Materials 10 Oktyabr 2024 10:37 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən təklif olunmuş üçtərəfli formatda görüşdən imtina etməsi bir daha göstərdi ki, Paşinyan riyakar siyasət aparır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Paşinyan öz çıxışlarında sülh tərəfdarı olduğunu qeyd etsə də, özünü sülh carçısı kimi göstərsə də, əməldə buna tam zidd hərəkət edir.

“Bununla da Paşinyan sülh danışıqlarından qaçmaq strategiyasını davam etdirir. Bildiyiniz kimi, bundan öncə də eyni formatda Böyük Britaniya tərəfindən təşkil olunan görüşdən də imtina etmişdi.

Bu cür görüşlərdən Paşinyanın imtina etməsi onun dialoqdan və sülh gündəliyindən geri çəkilmək niyyətini göstərir. Ermənistan müxtəlif platformalarda sülh haqqında danışdığı halda, bu cür hərəkətləri ilə riyakarlığını nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Paşinyanın bu hərəkətlərinə qiymət verməlidir”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə bildirib ki, bu danılmaz bir həqiqətdir ki, yalan bəyanatlar vermək, riyakarlıq, sülh adına imitasiyalar etmək Ermənistanda rəsmi hakimiyyətin bir adəti halını alıb.

“Yəni, bu, Nikol Paşinyandan əvvəl necə idisə, indi də elədir. Əgər Paşinyandan əvvəlki Ermənistan rejimi bir tərəfdən Azərbaycanla danışıqlar masasında oturub, digər tərəfdən təxribatlarını davam etdirirdisə, Paşinyan da dünyanın müxtəlif yerlərində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar masasında oturmaqdan qaçdığı halda, utanmadan sülh müqaviləsini imzalamağa hazır olduğunu iddia edir", - o əlavə edib.

Deputat qeyd edib ki, son vaxtlar tutuquşu kimi dilindən “sülh müqaviləsi” kəlməsi düşməyən Nikol Paşinyan Moskvada özünü bir daha ifşa etdi.

“Bəlli olduğu kimi, Ermənistanın baş naziri oktyabrın 8-də Moskvada üçtərəfli görüşdən imtina etdi. Bu azmış kimi, Ermənistan 2 deklorasiyanı imzalamaqdan da imtina etdi. Təbii ki, burada məsələnin iki tərəfi var. Birinci tərəfi budur ki, həmin addım Nikol Paşinyanın Rusiyaya qarşı, özü də Moskvda demarşıdır. Görünür Paşinyan bununla bağlı Qərbdəki ağalarından qəti göstəriş alıb”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti