...

Azərbaycan Xarici İşlər Nazirliyi Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verib

Siyasət Materials 4 Dekabr 2024 23:40 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanması ilə bağlı irəli sürdükləri ittihamları qəti şəkildə rədd edirik.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda deyilir ki, "Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə isə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir".

Xəbər lenti

Xəbər lenti