...

Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

Siyasət Materials 9 Dekabr 2024 12:37 (UTC +04:00)
Milli Məclisin deputatı İspaniyaya səfər edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı, İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova dekabrın 10-da İspaniyanın Madrid şəhərinə səfər edəcək.

Trend Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, deputatımız burada Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçiriləcək və müharibələrin, silahlı münaqişələrin işıqlandırılması üzrə ixtisaslaşmış nüfuzlu ispan fotoqraf Qervasio Sançezin ölkəmizə səfəri zamanı çəkdiyi fotoşəkillərdən və mina qurbanlarının fərdi həyat hekayələrindən ibarət “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” adlı fotojurnalın təqdimat mərasimində iştirak edəcək.

Səfər çərçivəsində deputat Sevil Mikayılovanın İspaniya Parlamentində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti