Bakı. Trend:
Suriya 10 ildən çox davam edən vətəndaş müharibəsi yaşamaqdadır.
Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen bu gün APA-nın “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda keçirilən 15-ci Plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu müddət ərzində Suriya xalqı hədsiz dərəcədə əziyyət çəkib, milyonlarla suriyalı öz vətənini tərk etmək məcburiyyətində qalıb:
“Türkiyə hər zaman Suriya xalqının yanında olub. Vətəndaş müharibəsindən qaçan milyonlarla suriyalıya qapılarımızı açdıq və onları qonaq etməyə davam edirik. Nəhayət, Suriyadakı zalım rejim aradan qaldırıldı. Bu gün Suriyada keçid prosesini dəstəkləmək və onun ərazi bütövlüyünə hər cür dəstəyi vermək son dərəcə vacibdir. PKK, PYD, YPG, İŞİD kimi terror təşkilatlarının Suriyada yeri ola bilməz. Bu təşkilatlar mövcud olduğu təqdirdə, sabitlik yarana bilməz. Suriyanın yenidən qurulması, rifanı və sülhünü bölgəmiz üçün vazkeçilmız məsələ kimi görməkdəyik. Bütün Asiya ölkələrini Suriyada yeni qurulan hökuməti dəstəkləməyə dəvət edirik. Suriyaya qarşı sanksiyaların dayandırılması bu kontekstdə atılan ən mühüm addımlardan biridir”.