...

Elçin Əmirbəyov Braziliyanın rəsmi şəxsləri ilə danışıqlar aparıb (FOTO)

Siyasət Materials 18 Mart 2025 10:49 (UTC +04:00)
Elçin Əmirbəyov Braziliyanın rəsmi şəxsləri ilə danışıqlar aparıb (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyadan olan rəsmi şəxslərlə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz öz “X” sosial şəbəkə səhifəsində məlumat verib.

“Braziliyaya işgüzar səfər çərçivəsində Elçin Əmirbəyov Braziliyanın xarici işlər naziri vəzifələrini icra edən Mariya Laura da Roşa və Braziliya prezidentinin xarici siyasət üzrə baş müşaviri Selsu Amorimlə görüşüb”, -deyə məlumatda qeyd olur.

Bundan başqa, Əmirbəyov Rio-Branko Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib və orada Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin, qarşılıqlı maraq doğuran əməkdaşlıq aspektlərini müzakirə edib.

“Səfərin proqramında, eyni zamanda, baqşa rəsmi şəxslərlə, o cümlədən, Milli Konqresdə, həmçinin, Braziliya KİV nümayəndələri ilə görüşlər nəzərdə tutulub”, - deyə R.Novruz bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti