...

Ukraynanın xarici işlər naziri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib (FOTO)

Siyasət Materials 25 May 2025 17:59 (UTC +04:00)
Ukraynanın xarici işlər naziri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib (FOTO)

Bakı. Trend:

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun rəhbərlik etdiyi nümayəndə heyəti ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Trend xəbər verir ki, dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub. Həmçinin ziyarətçilərə Azərbaycanın zəngin dənizçilik ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir Sibiqanın səfəri münasibətilə gəmi-muzeydəki audiobələdçi sisteminə Ukrayna dili əlavə edilib və ekskursiya tam şəkildə həmin dildə keçirilib.

Ukraynanın xarici işlər naziri “Suraxanı” gəmi-muzeyinin "Fəxri qonaqlar" kitabında ürək sözlərini qeyd edərək, ekskursiyadan məmnun qaldığını və Azərbaycanın dənizçilik irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti