Bakı. Trend:
Azərbaycan və Ukrayna arasında nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsindəki rolu barədə müzakirələr aparılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd olunub.