Bakı. Trend:
Rusiya Premyer Liqasının 30-cu turunun ev oyununda "Krasnodar" futbol klubu Moskvanın "Dinamo" klubunu məğlub edərək turnirin qalibi olub.
Trend-in məlumatına görə, görüş 3:0 hesabı ilə başa çatıb. Qolları Con Kordoba (46-cı dəqiqə), Nikita Krivtsov (82) və Eduard Spertsyan (90+10, penalti) vurublar.
"Krasnodar" Rusiya çempionluğunu qazanan yeddinci komanda oldu. "Krasnodar" ilk dəfə Rusiya çempionu oldu. Klubun əvvəlki ən yaxşı nəticəsi keçən mövsümu ikinci yerdə başa vurması olub.