...

Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə əsaslanır - Ceyhun Bayramov

Siyasət Materials 25 May 2025 14:04 (UTC +04:00)
Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə əsaslanır - Ceyhun Bayramov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ukrayna münasibətləri strateji dostluq münasibətləridir və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb.

Trend xəbər verir ki, bu sözləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

“Azərbaycan torpaqları işğal altında olanda Ukrayna da bizim ərazi bütövlüyümüzü tanıyıb”, - deyən nazir parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını sevindirici hal kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti