...

Novak Cokoviç karyerasında 100-cü titulunu qazandı

İdman Materials 25 May 2025 03:55 (UTC +04:00)
Novak Cokoviç karyerasında 100-cü titulunu qazandı

Bakı. Trend:

Serbiyalı tennisçi Novak Cokoviç peşəkar karyerasında növbəti əlamətdar uğura imza atıb. 37 yaşlı ulduz idmançı İsveçrənin Cenevrə şəhərində təşkil olunan ATP-250 turnirinin qalibi olub.

Trend-in məlumatına görə, finalda polşalı Hubert Hurkaçla qarşılaşan Cokoviç ilk setdə məğlub olsa da, sonrakı iki setdə taybrek hesabı ilə üstünlük qazanaraq 5:7, 7:6 (7:2), 7:6 (7:2) nəticəsi ilə çempion tituluna sahib çıxıb.

Bu qələbə ilə Novak Cokoviç tennis tarixində 100 titul qazanan 3-cü tennisçiyə çevrilib. Onun önündə yalnız Cimmi Konnors (109) və Rojer Federer (103) yer alır.

Qeyd edək ki, Cokoviç “Böyük Dəbilqə” turnirlərində 24 dəfə çempion olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti