Bakı. Trend:
İsrail ordusu bütün nizami piyada və zirehli briqadalarını Qəzza zolağına yerləşdirib.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.
Məlumata əsasən, hazırda anklavda "Qivati", "Qolani", "Kfir", "Nahal" briqadalarının bölmələri, paraşütçülər, komandolar, 7-ci, 188-ci və 401-ci zirehli briqadaların qoşunları, həmçinin “müəyyən sayda ehtiyatda olanlar” var.
Qeyd edilib ki, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmləşib.