Bakı. Trend:
Bakıda ikimərtəbəli evdə yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 140 m² (hər mərtəbəsi 70 m²) olan ikimərtəbəli 3 otaqlı evin 1-ci mərtəbəsində 1 ədəd divan yanıb, yüksək temperaturdan 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.