Bakı. Trend:
Yaponiyanın Sahil Mühafizəsinin patrul gəmisi naviqasiya xəbərdarlığı olmadan Yaponiyanın Hokkaydo adasının şərq sahillərində pulemyot təlim atışları keçirib.
Trend-in məlumatına görə, bu barədə "NHK" agentliyi xəbər verib.
Məlumata əsasən, mayın 23-də səhər saatlarında "Kavaqiri" patrul gəmisi Şiretoko burnundan təxminən 18 km şimal-şərqdə 13 mm-lik pulemyotla atəş açma təlimi keçirdi. Qayıqda olanlar digər gəmilər üçün naviqasiya xəbərdarlığının olmadığını görəndə təlim dayandırılıb.
“Yomiuri” qəzeti qeyd edib ki, atışma yerinin şərqində Rusiyanın Saxalin vilayətinə daxil olan Böyük Kuril adalarının ən cənub adası olan Kunaşir adası yerləşir.
Sahil Mühafizəsi təlimlər zamanı "Kavaqiri" yaxınlığından bir dənə də olsun gəminin keçmədiyini vurğulayıb və gələcəkdə oxşar pozuntuların qarşısını almaq üçün əlavə təlimatlandırma keçirəcəklərini deyiblər.