...

Tramp ABŞ-ın müdafiə büdcəsini azaltmaq fikrində olmadığını bildirib

Dünya xəbərləri Materials 24 May 2025 21:55 (UTC +04:00)
Tramp ABŞ-ın müdafiə büdcəsini azaltmaq fikrində olmadığını bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, ölkənin 1 trilyon dollar məbləğində müdafiə büdcəsini azaltmaq niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Vest-Poynt şəhərində ABŞ Hərbi Akademiyasının məzunların qarşısında çıxış edərkən bildirib.

"Biz indilərdə 1 trilyon dollarlıq hərbi büdcə hazırladıq. Bəziləri soruşdu ki, mən onu azalda bilərəmmi? Mən onu 10 sent də azaltmayacam", - deyə o qeyd edib.

Ağ Ev rəhbəri qeyd edib ki, son vaxtlar dünyada hərbi əməliyyatların aparılması üsulu çox dəyişib. "Dronlar gəldi. Bu, sizdən müharibə aparmağın yeni üsulunu öyrənməyi tələb edir", - deyə Tramp məzunlara müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti