...

"Real Madrid"in yeni baş məşqçisi bəlli olub

İdman Materials 25 May 2025 15:07 (UTC +04:00)
"Real Madrid"in yeni baş məşqçisi bəlli olub

Bakı. Trend:

"Real Madrid"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karlo Ançelottini Xabi Alonso əvəzləyib.

İspaniyalı mütəxəssislə 30 iyun 2028-ci ilədək sözləşmə imzalanıb. Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Alonso 2009-2014-cü illərdə "Real"da forma geyinib.

Xəbər lenti

Xəbər lenti