...

Nərimanov rayonunda yaşayış binasında yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)

Hadisə Materials 25 May 2025 20:17 (UTC +04:00)
Nərimanov rayonunda yaşayış binasında yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

XXX

18:53

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

Trend xəbər verir ki, yanğın qısa müddətdə söndürülüb.

XXX

18:27

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

Trend xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti