...

Dəməşqdə 22-ci “BUILDEX” beynəlxalq tikinti sərgisi keçiriləcək

Dünya xəbərləri Materials 25 May 2025 22:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 27-dən 31-dək Suriyanın paytaxtı Dəməşq şəhərində 22-ci “BUILDEX” beynəlxalq tikinti sərgisi təşkil olunacaq.

Trend-in Suriyanın SANA agentliyinə istinadən verdiyi məlumata görə, sərgidə ümumilikdə 740 yerli və beynəlxalq şirkət iştirak edəcək. Türkiyədən 112, İordaniyadan 28, Səudiyyə Ərəbistanından 20, Çin isə 10 şirkətlə təmsil olunacaq.

Sərgidə tikinti materialları, daş və mərmər, boyalar və izolyasiya materialları, havalandırma və kondisioner avadanlıqları, borular, liftlər və əl alətləri, keramika, qarışdırıcılar və sanitar ləvazimatlar, alüminium və şüşə, alternativ enerji, su texnologiyaları, ev, ofis və hotel mebeli, daşınmaz əmlak, yükdaşıma, banklar, təhlükəsizlik və mühafizə sistemləri, elektrik və işıqlandırma sahəsində fəaliyyət göstərən 490 yerli şirkət də iştirak edəcək.

Sərgi çərçivəsində 15 mühazirə və seminarın keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti