Bakı. Trend:
Basketbol üzrə Avroliqanın finalında Türkiyənin "Fənərbağça" klubu ilə Fransanın "Monako" komandası qarşılaşıb.
Trend xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən “Etihad Arena”da baş tutan həlledici görüş İstanbul təmsilçisinin 81:70 hesablı qələbəsi ilə nəticələnib.
Bu nəticə ilə "sarı-lacivərdlilər" tarixlərində ikinci dəfə Avroliqanın qalibi olublar.