...

Minifutbol üzrə dünya çempionatında beşinci gün başa çatdı – Azərbaycan 1/8 finalda

İdman Materials 26 May 2025 00:10 (UTC +04:00)
Minifutbol üzrə dünya çempionatında beşinci gün başa çatdı – Azərbaycan 1/8 finalda
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının beşinci günündə – qrup mərhələsinin III turu çərçivəsində 8 qarşılaşma baş tutub.

Trend-in məlumatına görə, A qrupunda çıxış edən Azərbaycan millisi Mavritaniyaya qarşı keçirdiyi oyunda 2:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə məğlub edib. Beləliklə, Azərbaycan və Mavritaniya növbəti mərhələyə vəsiqə qazanıblar.

B qrupunda Özbəkistan Çad üzərində 3:0 hesablı qələbə qazansa da, bu nəticə komandanın mərhələni keçməsi üçün kifayət etməyib. Digər görüşdə Rumıniya ilə Fransa arasında oyun qolsuz heç-heçə başa çatıb və nəticədə Rumıniya 1/8 finala adlayıb.

C qrupunda Türkiyə İngiltərə ilə qarşılaşmada 0:3 hesabı ilə uduzaraq yarışla vidalaşıb. Macarıstan isə Ukrayna üzərində 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

D qrupunda Portuqaliya Hindistanı 8:0 hesabı ilə darmadağın edərək maksimum xalla (9) mərhələni başa vurub. Slovakiya üzərində 1:0 hesablı qələbə qazanan Bolqarıstan isə qrupu ikinci sırada tamamlayıb.

Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı iyunun 1-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti