...

"Sportinq" 6 ildən sonra Portuqaliya kubokunu qazandı

İdman Materials 26 May 2025 01:52 (UTC +04:00)
"Sportinq" 6 ildən sonra Portuqaliya kubokunu qazandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lissabonun “Sportinq” klubu 6 illik fasilədən sonra Portuqaliya kubokunun sahibi olub.

Trend xəbər verir ki, final qarşılaşmasında “Sportinq” paytaxtın digər təmsilçisi “Benfika”ya 3:1 hesabı ilə qalib gəlib.

Matçın əsas vaxtının son dəqiqələrində – 90+11-ci dəqiqədə Viktor Gyökerşin penaltidən vurduğu qol hesabı bərabərləşdirib və oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda daha iki qol vuran “Sportinq” ümumilikdə 18-ci dəfə Portuqaliya kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, “Sportinq” səkkiz gün əvvəl Portuqaliya çempionatını da məhz “Benfika”nı 2 xal qabaqlayaraq qazanmışdı. Bununla da komanda mövsümü “qızıl dubl”la tamamlayıb.

Xəbər lenti

Xəbər lenti