...

Avstraliyada daşqınlar 32 min insanı təcrid edib

Dünya xəbərləri Materials 26 May 2025 04:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Yeni Cənubi Uels əyalətində baş verən güclü daşqınlar nəticəsində ən azı 32 min insan xarici dünya ilə əlaqəsiz vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə 9News telekanalı məlumat yayıb.

Rəsmi açıqlamada bildirilir: “32 min insanın xarici dünya ilə əlaqəsi kəsilib”.

Daşqınların nəticələrinin aradan qaldırılması və zərərçəkmişlərə yardım üçün əraziyə 200 nəfərdən ibarət təcili xilasedici heyət göndərilib.

Qeyd olunur ki, fəlakət bölgəsinə daxil olan 14 şəhər arasında Kroki, Moto, Sauz-Vest-Roks, Het-Hed, Kresent-Hed, Laut-Park, Gilliston, Dakenfild, Millers-Forest, Vudberri-Suomp, Lembs-Velli, Anamba, Hinton və Osterli də var.

.

Xəbər lenti

Xəbər lenti