...

Yaxşı razılaşma üçün bizə iyulun 9-dək vaxt lazımdır - Ursula fon der Lyayen

Dünya xəbərləri Materials 26 May 2025 03:14 (UTC +04:00)
Yaxşı razılaşma üçün bizə iyulun 9-dək vaxt lazımdır - Ursula fon der Lyayen
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Trend xəbər verir ki, danışıqlardan sonra o, Avropa İttifaqının ixrac məhsullarına tətbiq edilən rüsumların aradan qaldırılması istiqamətində razılığa gəlmək üçün əlavə vaxta ehtiyac olduğunu bildirib.

"Donald Trampla yaxşı telefon danışığımız oldu. ABŞ Avropa ilə ticarət danışıqlarında sürətli və qətiyyətli irəliləyişə hazırdır. Yaxşı razılaşma əldə etmək üçün bizə iyulun 9-dək vaxt lazımdır", – deyə fon der Lyayen X-də paylaşım edib.

Qeyd edək ki, iyulun 9-da ABŞ-nin Avropa İttifaqından olan bütün ixracata tətbiq etdiyi tariflərin dondurulması müddəti başa çatır.

Avropa Komissiyasının əvvəlki açıqlamasına görə, ABŞ Aİ-yə qarşı tətbiq etdiyi rüsumların yalnız bir hissəsini dayandırıb.

Hazırda ABŞ 10%-dən 25%-ə qədər tarifləri polad, alüminium və avtomobillər də daxil olmaqla, Avropa ixracatının 70%-nə tətbiq edir. Təkcə bu tariflər sayəsində ABŞ 2024-cü ildə Aİ məhsullarından 7 milyard avro gəlir əldə etmişdi, lakin bu il bu rəqəmin 100 milyard avroya qədər yüksələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti