...

Uqanda Almaniya ilə hərbi əməkdaşlığı dayandırdı

Dünya xəbərləri Materials 26 May 2025 02:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uqanda hakimiyyəti Almaniyanın bu ölkədəki səfiri Matias Şaueri ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edərək Berlinlə hərbi əməkdaşlığı rəsmi şəkildə dayandırdığını açıqlayıb.

Trend-in “Monitor” nəşrinə istinadən verdiyi məlumata görə, səfir eyni zamanda müxalifəti dəstəkləməkdə ittiham olunur.

Bildirilir ki, Almaniya səfiri ilə keçirilən görüşlərdən birində Matias Şauer Uqanda Müdafiə Qüvvələrinin rəhbərini sosial şəbəkələrdə reputasiyasına xələl gətirə biləcək hərəkətlərə görə tənqid edib. Bu hadisə iki ölkə arasında ciddi diplomatik gərginlik yaradıb.

Qeyd edək ki, Uqanda Almaniya üçün yardım baxımından prioritet ölkələrdən biri hesab olunur. Berlin bərpa olunan enerji və enerji səmərəliliyinin artırılması, vətəndaş cəmiyyətinin və kənd təsərrüfatının inkişafı, eləcə də su ehtiyatlarının qorunması istiqamətində Uqandaya dəstək göstərir.

Xəbər lenti

Xəbər lenti