Bakı. Trend:
Triatlon üzrə Özbəkistanın açıq çempionatında Azərbaycan milli komandasının üzvləri yüksək nəticələr göstəriblər.
Trend xəbər verir ki, yarışda 43 idmançının mübarizə apardığı kateqoriyada Əli Rzazadə bütün rəqiblərini geridə qoyaraq çempion olub.
Qadınlar arasında Elit kateqoriyada çıxış edən Leyla Abduləzizova isə 13 iştirakçı arasında ikinci yeri tutub.
Digər təmsilçimiz Tural Atakişiyev “Age Group” (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yeri qazanıb.