Bakı. Trend:
ABŞ millisinin hokkey üzrə dünya çempionatının finalında İsveçrə üzərində qazandığı qələbə ilə 1960-cı ildən bəri ilk dəfə dünya çempionu olub.
Trend xəbər verir ki, Stokholmda keçirilən həlledici qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Qalibi əlavə vaxt müəyyənləşdirib. ABŞ yığmasına qələbə gətirən qolu Teyc Tompson vurub.
İsveçrə yığması ardıcıl ikinci dəfə finalda məğlub olaraq bir daha titul həsrəti ilə qalıb. Komanda hələ də dünya çempionatının qalibi adını qazana bilməyib.
Qeyd edək ki, turnir bu il İsveçrə və Danimarkada təşkil olunub, final qarşılaşması isə İsveçin paytaxtı Stokholmda baş tutub.