...

Azərbaycan nümayəndə heyəti ÜHST-nin 92-ci Baş Sessiyasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 25 May 2025 22:35 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti ÜHST-nin 92-ci Baş Sessiyasının açılışında iştirak edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 92-ci Ali Baş Sessiyasının açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, sessiyada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Beş gün davam edəcək sessiyada ÜHST ilə rəsmi müqavilə imzalamış 183 üzv ölkə və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Açılış mərasimində təşkilatın heyvan sağlamlığına dair videoçarxı nümayiş etdirilib, daha sonra ÜHST-nin prezidenti, baş direktoru və müxtəlif ölkələrin hökumət üzvləri çıxış ediblər.

Sessiyada iştirakçı ölkələr ÜHST-nin tarixi və indiki fəaliyyətini təhlil edib, qlobal heyvan sağlamlığı və rifahının davamlı inkişafı üçün birgə strategiyalar müzakirə ediləcək.

Eyni zamanda, sessiya çərçivəsində Peyvənd üzrə Heyvan Sağlamlığı Forumu təşkil olunacaq, burada peyvənd qərarları, təsirləri və əlçatanlığı mövzuları müzakirə ediləcək, ÜHST-nin mükafatları təqdim olunacaq, 2024-cü il fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək.

Regional komissiyanın vitse-prezidentliyinə seçkilər keçiriləcək və Azərbaycan bu posta namizədliyini irəli sürüb. Həmçinin təşkilatın idarəetmə orqanlarında vakant yerlər üçün seçkilər və inzibati qərarlar qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti