...

Mingəçevirdə yol-nəqliyyat qəzası baş verib

Cəmiyyət Materials 25 May 2025 22:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat qəzası baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirildikdə məlum olub ki, "T-140" markalı traktor "QAZ-24" markalı minik avtomobilini yedəyə alaraq sərt yamacı qalxarkən hər iki nəqliyyat vasitəsi aşıb və içəridə olan vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər traktordakı sürücü, 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlunun meyitini, həmçinin traktorda olan və müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişin, 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğlunu aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti