...

TERRİ DEVİS: AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLIQ KEÇƏN İLLƏRDƏN FƏRQLİ OLARAQ DAHA PEŞƏKAR SƏVİYYƏDƏ APARILMALIDIR

Siyasət Materials 5 Sentyabr 2005 11:04 (UTC +04:00)
TERRİ DEVİS: AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLIQ KEÇƏN İLLƏRDƏN FƏRQLİ OLARAQ DAHA PEŞƏKAR SƏVİYYƏDƏ APARILMALIDIR

"Azərbaycanda parlament seçkilərinə hazırlıq keçən illərdən fərqli olaraq daha peşəkar səviyyədə aparılmalıdır və mən bu məsələni Azərbaycan hökuməti ilə müzakirə etməyə hazırlaşıram". Trend in məlumatına görə,
belə bəyanatla sentyabrın 4-də Bakıya gəlmiş AŞ-nın baş katibi Terri Devis çıxış edib.

O qeyd edib ki, Bakıya səfəri Azərbaycanda seçkiqabağı vəziyyətin qiymətləndirilməsinə həsr olunduğundan, Qarabağ mövzusu müzakirə olunmayacaq.

"Bu gün bütün diqqət Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsinə yönəlib. Bu , respublikanfn gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda demokratik seçkilərin keçirilməsi Dağlıq Qarabağ probleminin nizamlanması prosesinə də müsbət təsir göstərə bilər.

Yaxın keçmişdə mən AŞ PA-nın üzvü kimi bu problemin nizamlanması ilə məşğul olmuşam və bu gün danışıqlar prosesinin gedişini diqqətlə izləyirəm. Danışıqlar prosesində əsas rol isə ATƏT-in Minsk qrupuna məxsusdur", - deyə T.Devis bildirib.

"Qeyri-demokratik seçkilər keçirildiyi halda AŞ PA-da Azərbaycanın parlament nümayəndə heyəti mandatına yenidən baxılması mümkündürmü? sualını cavablandıran baş katib qarşıdakı parlament seçkilərinə hazırlığın əvvəlki seçkilərlə müqayisədə daha peşəkar keçiriləcəyinə ümidvar olduğunu bildirib. "Düşünürəm ki, seçkilərin nəticələri elan olunduqdan sonra AŞ PA bununla bağlı öz fikrini bildiriəcək", - deyə o əlavə edib.

Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı AŞ-nin mövqeyi məsələsinə gəldikdə, T.Devis bəyan edib: "Mən Ermənistana deyil, Azərbaycana gəlmişəm və Robert Köçəryanın hərəkətləri ilə bağlı məsələləri müzakirə etməyə hazırlaşmıram".

"Azərbaycanda inqilab mümkündürmü?" sualına isə o, belə cavab verib: "Mən Bakıya hər hansı bir siyasi partiyanı deyil, ədalətli və demokratik seçkilərin keçirilməsini dəstəkləmək üçün gəlmişəm.

Azərbaycan demokratik dövlətdir və yalnız Azərbaycan xalqının öz hökumətini və inkişaf yolunu seçmək ixtiyarı var. Mən əminəm ki, bu dəstək nəticəsində ölkədə açıq seçkilərin keçirilməsinə maraq artaracaq".

Sonda T.Devis vurğulayıb ki, AŞ PA-nın oktyabr sessiyasında Azərbaycandakı vəziyyətlə bağlı məsələlər müzakirə olunmayacaq. "Məndə olan məlumatlara görə, Azərbaycanda parlament seçkilərinin yekunları ilə bağlı məsələlərə seçki prosesi və səsvermənin nəticələrinə dair ATƏT və digər beynəlxalq təşkilatların hesabatlarının da müzakirə olunacağı AŞ PA-nın yanvar sessiyasında baxılacaq".

Xəbər lenti

Xəbər lenti