...

Sloveniyalı müşahidəçilər Azərbaycanda seçkilərin demokratik keçirildiyini tanıyır

Siyasət Materials 7 Noyabr 2005 16:17 (UTC +04:00)

"Azərbaycanda və Avropada keçirilən seçkilər arasında böyük fərq yox idi". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 7-də müşahidələrin nəticələrinə dair mətbuat konfransında Sloveniyanın müşahidə missiyasının rəhbəri, bu ölkənin parlamentinin deputatı Elen Çiç Zmaqo bəyan edib.

Onun sözlərinə görə, Sloveniyadan olan müşahidəçilər qrupu 6 noyabr seçkilərinin demokratik və şəffaf keçirildiyini təsdiq edir. "Müşahidəçilərimiz ciddi qanun pozuntusu aşkar etməyiblər, buna görə də seçkiləri baş tutmuş hesab edirlər", - deyə missiyanın rəhbəri qeyd edib.

Ç.Zmaqo onu da bildirib ki, Sloveniyalı müşahidəçilər Bakıda və ATƏT-in tərkibində ölkənin bir sıra regionlarında seçkilərin gedişinə nəzarət ediblər. "Biz prezidentin seçki qanununun təkmilləşdirilməsinə dair sərəncamını dəstəkləyirik", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti