...

Əli Əliyev: "AMİP Siyasi Şurasının üzvləri məndən fırıldaq işlətməyi tələb edirlər"

Siyasət Materials 14 Dekabr 2005 19:24 (UTC +04:00)

"AMİP-in Siyasi Şurasının bəzi üzvləri öz bəyanatları ilə mənə qarşı şantajdan istifadə çalışırlar. Bu şəxslər hətta mənə qarşı ittihamlarının kateqoriyalarını da müəyyən edə bilmirlər". Bu fiikrləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bildirib.

Əli Əliyev AMİP Siyasi Şurasının üzvlərinin onun barəsində səsləndirdiyi ittihamlara cavab verərkən deyib ki, həmin şəxslər çox bəsit və faktlara söykənməyən iddialarla çıxış edirlər: "Partiyada "sədr böhranı var" deyən bu şəxslər bu böhranın nədən ibarət olduğunu heç özləri də bilmirlər. Sadəcə olaraq Siyasi Şuranın həmin üzvləri məndən AMİP-in baş katibi olmuş, MSK üzvü Arzuxan Əlizadə ilə bağlı fırıldaq işlətməyi tələb edirlər. Yəni, onun MSK üzvü olduğu halda partiyadakı vəzifəsində qalmasını tələb edirldər. Amma qanunlar bunun əksini tələb edir. Həm də mən Arzuxan Əlizadənin 6 noyabr seçkilərinin yekun protokollarına imza atmasına şərik çıxmıram, əksinə bu hərəkətinin partiyanın mövqeyinə zidd olması fikrində qalıram"-deyə Əli Əliyev bildirib.

AMİP sədri qeyd edib ki, MSK üzvü olduğuna görə A.Əlizadədən dəfələrlə partiyadan istefa verməsini tələb edib. Əli Əliyev həmçinin bildirib ki, onun əleyhinə çıxan Siyasi Şura üzvləri sədri vəzifəsindən istefaya göndərə bilməzlər.

"Partiyanın sədri də, Mərkəzi İntizam Komissiyasının tam tərkibi də qurultayda seçilir. Nizamnamədən kənar fəaliyyətə cəhd göstərdiklərinə görə Mərkəzi İntizam Komissiyasının üzvləri özləri cəzalandırıla bilərlər"-deyə AMİP sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti