...

Litva prezidenti Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 2 Fevral 2006 14:07 (UTC +04:00)

Latviya prezidenti Valdas Adamkus Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirliyindən məlumat verilib.

Səfər 2006-cı ilin aprel ayına təyin olunub. Yaxın günlərdə səfərin proqramı və gündəliyinin hazırlanması üzrə işlərə başlanılacaq.

İlkin məlumatlara görə, səfər zamanı ikitərəfli və regional əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Danışıqların əsas mövzularından biri Cənubi Qafqaz və Baltikyanı ölkələrin "3+3" formatda əməkdaşlıq məsələsi olacaq.

V.Adamkus, həmçinin, Ermənistana da səfər etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti