...

Yaxın günlərdə Azərbaycanın gənclər və idman Nazirliyinin layihəsi hökumətə təqdim ediləcək

Siyasət Materials 6 Fevral 2006 18:17 (UTC +04:00)

Bu həftənin sonu yaxud gələn həftənin əvvəlində Azərbaycanın yeni yaradılmış gənclər və idman Nazirliyinin yeni struktur layihəsi hökumətə təqdim ediləcək. Bu barədə Trend ə Azərbaycan gənclər, idman və turizm Nazirliyi mətbuat xidməti rəisinin səlahiyyətlərini icra edən Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin bir sıra nazirliklərin yenidən qurulması haqqında fərmanından dərhal sonra Ləğvetmə komissiyası yaradılıb və artıq bir sıra tədbirlərə başlanılıb. Beləliklə, Ar Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış komissiyaya iki ay ərzində keçmiş nazirliyin fəaliyyətinə, o cümlədən maliyyə işlərinə aid bir sıra məsələlərin tənzimlənməsi tapşırılıb. R.Abbasov bildirib ki, hazırda yeni nazirliyin yeni strukturunun formalaşdırılması prosesi başa çatdırılır və bu həftənin sonu yaxud gələn həftənin əvvəlində gənclər və idman Nazirliyinin yeni struktur layihəsi hökumətə təqdim edilə bilər.

O, qeyd edib ki, paralel olaraq yeni nazirliyin yeni möhür və blankları hazırlanır. Abbasov bildirib ki, hələlik nazirliyin əməkdaşları öz vəzifələrinin icrasını davam etdirir və hər bir əməkdaş öz vəzifəsinə görə məsuliyyət daşıyır. O, deyib ki, indi nazirliyin aparatı həm gənclər siyasəti, həm də idman sahəsində öz işini davam etdirir.

Qeyd edək ki, Azərbaycan prezidentinin bir sıra nazirliklərin yenidən təşkili haqqında fərmanı ilə gənclər, idman və turizm Nazirliyi gənclər və idman Nazirliyi, mədəniyyət Nazirliyi isə mədəniyyət və turizm Nazirliyi olaraq yenidən təşkil edilib. Dövlət başçısının digər fərmanı ilə Azərbaycanın keçmiş gənclər, idman və turizm naziri Əbülfəz Qarayev mədəniyyət və turizm naziri təyin edilib. Yenidən yaradılmış gənclər və idman nazirliyinin rəhbəri isə hələlik təyin edilməyib.

Xəbər lenti

Xəbər lenti