...

Fevralın 15-də Avropa Şurasının Nazirlər Kabineti Ermənistanın işğalçı ölkə kimi üzvlüyünün yolverilməzliyi məsələsinə baxacaq

Siyasət Materials 11 Fevral 2006 14:38 (UTC +04:00)
Fevralın 15-də Avropa Şurasının Nazirlər Kabineti Ermənistanın işğalçı ölkə kimi üzvlüyünün yolverilməzliyi məsələsinə baxacaq

Fevralın 15-də Avropa Şurası (AŞ) Nazirlər Kabineti Strasburqdakı daimi nümayəndəliyi səviyyəsində AŞPA- dakı Azərbaycanın nümayəndə heyətinin üzvü Rafael Hüseynovun "(İşğalçı) Ermənistanın Avropa Şurasında üzvlüyü bu təşkilata təməl prinsiplərinə və kriteriyalarına zidd olduğuna görə yolverilməzdir" adlı yazılı sorğu müzakirə olunacaq.

Trend in xəbər verir ki, R.Hüseynovun sorğusu Nazirlər Komitəsinin 956-cı iclasının gündəliyinin layihəsinin üçüncü bəndində 483-cü nömrə altındadır.

Sorğunun mətni ictimaiyyət üçün açıqdır. Orada deyilir: " 2001-ci ilin yanvarında Avropa Şurasının üzvlüyünə daxil olarkən Ermənistan Respublikası təşkilatın digər dövlətin ərazisini işğal etmiş üzvü olan yeganə ölkə idi. Yerevanın AŞ qarşısında qəbul etdiyi öhdəliklərə zidd olaraq Ermənistan Azərbaycan torpaqlarının 20 %-nin işğal edilməsi siyasətini davam etdirməkdən çəkinməyib.

Bu fakt 2001-ci ildən 2005-ci ilə kimi Avropa Şurasının sənədlərində dəfələrlə xatırladılıb və qeyd olunub. Lakin ötən 5 il ərzində Ermənistan hərbi təcavüz imkanlarını genişləndirmək və Azərbaycanın yeni ərazilərini ilhaq etmək üçün yeni planlar hazırlayıb.

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklər becərir, eləcə də narkotiklərin qanunsuz daşınması ilə məşğul olur, nüvə sınaqları keçirir, nüvə tullantılarının saxlanması üçün anbarlar yaradırlar. Eləcə də Azərbaycanın nəzarət olunmayan ərazilərində terrorçuların tədris mərkəzləri yerləşdirilir.

Bir fakt təsadüfi deyil ki, Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasəti AŞ nümayəndələrinin beşillik müşahidələrinə əsaslanan AŞ-nın 1416 saylı (2005-ci il) qətnaməsində tam aydın şəkildə xatırlanıb.

Yuxarıda deyilənləri nəzərə alaraq R. Hüseynov belə bir sualla çıxış edir: Ermənistan Respublikasının beş il ərzində təşkilatın üzvü olduğu dövrdə AŞ-nın təməl prinsipləri və əsas kriteriyalarını kobudcasına pozaraq, AŞ ailəsinə üzv olmağa hüququ olmadığını nümayiş etdirdiyini əsas götürərək bu ölkənin Avropa Şurasından çıxarılmasının vaxtı çatmayıbmı? O faktı da unutmaq olmaz ki, Ermənistan ATƏT tərəfindən rəsmən təcavüzkar ölkə kimi tanınıb, onun rəhbərliyinin Azərbaycan ərazilərinin işğal edilməsi siyasəti Ermənistanın demokratik inkişafı yolunda onsuz da ciddi maneə yaradır.

Xəbər lenti

Xəbər lenti