...

Azərbaycan prezidenti martın 7-10-da Yaponiyaya səfər edəcək

Siyasət Materials 28 Fevral 2006 12:33 (UTC +04:00)
Azərbaycan prezidenti martın 7-10-da Yaponiyaya səfər edəcək

Prezident İlham Əliyev martın 7-10-da Yaponiyaya rəsmi səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 28-də keçirilmiş mətbuat konfransında Tadahiro Abe məlumat verib.

Onun sözlərinə görə, səfər Yaponiya hökumətinin dəvəti ilə baş tutacaq. İlham Əliyevin bu ölkənin imperatoru Akihito, həmçinin, baş nazir Dzyintiro Koidzumi və xarici işlər naziri Taro Asso ilə görüşləri gözlənilir. Tərəflər ikitərəfli, beynəlxalq vəziyyət, iqtisadi layihələrin həyata keçirilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir. Səfir qeyd edib ki, bu səfər Azərbaycan prezidentinin Yaponiyaya növbəti rəsmi səfəri olacaq. Birinci dəfə bu ölkəyə 1998-ci ildə eks prezident Heydər Əliyev səfər etmişdi.

Yaponiya hökuməti ümid edir ki, bu səfər bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafına təkan verəcək. Səfər zamanı iqtisadi və siyasi sahələri əhatə edən ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin, o cümlədən Yaponiya hökumətinin Azərbaycana texniki yardımı haqqında Müqavilənin imzalanacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti