...

ABŞ Dövlət Departamentinin dəstəyi ilə Azərbaycanda qaçqın çadır şəhərciyi içməli su ilə təmin olunub

Siyasət Materials 29 Mart 2006 15:10 (UTC +04:00)

ABŞ-ın humanitar yardım layihəsi çərçivəsində 10 min nəfərdən artıq qaçqın və məcburi köçkünün yaşadığı Sabirabad rayonu Qalaqayın çadır şəhərciyində içməli su sistemi yenidən bərpa olunub. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Martın 29-da Qalaqayın çadır şəhərciyində "Kounterpart" Beynəlxalq İcma və beynəlxalq humanitar yardım proqramı nümayəndələrinin iştirakı ilə içməli su sisteminin yenidən bərpa olunması ilə bağlı mərasim keçirilib.

Layihə üzrə bütün işlər ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilib. Xüsusilə, 3 sement çənin üstü örtülüb və damdan yağış suyunun axması üçün drenaj sistemi tikilib. Nəticədə su vasitəsi ilə infeksiyaların keçmə təhlükəsi azalıb.

Xatırladaq ki, 1997-ci ildən başlayaraq ABŞ Azərbaycanda 43 milyon dollar dəyərində layihə həyata keçirib. Qaçqın və məcburı köçkunlər üçün humanitar yardımlardan ibarət olan 360 konteyner göndərilib.

Xəbər lenti

Xəbər lenti