...

Aqşin Mehdiyev: GUAM ölkələrinin daimi nümayəndələri ayda bir dəfə Avropa Şurasında görüşəcəklər

Siyasət Materials 3 Aprel 2006 20:01 (UTC +04:00)

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatına üzv ölkələrin Avropa Şurasındakı daimi nümayəndələri təşkilat çərçivəsində əməkdaşlığının mümkün yollarının və onun struktur bölmələrinin müzakirəsi məqsədilə ayda bir dəfə görüş keçirəcəklər. Bu barədə Trend ə Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu qərar daimi nümayəndələrin Strasburqda keçirilən son iclasının yekunlarına əsasən qəbul edilib. "Tərəflər GUAM-ı narahat edə bilən məsələlərə birgə yanaşılmanı işləyib hazırlamaq üçün daim fəaliyyət göstərən məsləhətləşmələr mexanizminin və praktiki əməkdaşlığın yaradılmasına dair razılıq əldə edib"-deyə A. Mehdiyev qeyd edib.

"Bütün bu məsələlərlə bağlı konkret razılaşma əldə olunub və biz ümid edirik ki, bu mexanizm işləyəcək"-deyə azərbaycanlı diplomat qeyd edib və bildirib ki, GUAM ölkələri daimi nümayəndələrinin arasındakı məsləhətləşmələr öncə də mövcud idi, amma daimi xarakter daşımırdı.

Xəbər lenti

Xəbər lenti