...

Novruz Məmmədov: Litva prezidenti Bakıya aprelin sonunda gələcək

Siyasət Materials 6 Aprel 2006 19:32 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkus aprelin ikinci ongünlüyünün sonunda Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

N.Məmmədovun sözlərinə görə, hər iki tərəf bu səfərə böyük əhəmiyyət verir. "Bizim taleyimizdə müəyyən dərəcədə oxşar məqamlar var. Bizim siyasi, iqtisadi və digər əlaqələrimizin daha da inkişaf etməsi, dərinləşməsi üçün bu addım atılmalıdır. Və güman edirəm ki, bu kontekstdə Litva prezidentinin Azərbaycana səfəri böyük rol oynayacaq", - deyə N.Məmmədov bildirib və bunun həm ikitərəfli əməkdaşlıq, həm də Avrolatlantika strukturları çərçivəsində əhəmiyyət kəsb etdiyini əlavə edib.

N.Məmmədov səfər gedişində bir sıra ikitərəfli sənədlərin imzalanacağının istisna edilmədiyini, lakin hələlik onlar üzərində işin davam etdirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti