...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlana üzrə Praqa prosesinin davam etdirilməsinə dair yeni təkliflər irəli sürüb

Siyasət Materials 8 Aprel 2006 14:50 (UTC +04:00)

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Praqa prosesinin davam etdirilməsinə dair yeni təkliflər irəli sürüb.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ABŞ Administrasiyasının rəsmi nümayəndələri ilə apardığı danışıqları "Azərtac"a şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, maraqlı təkliflər irəli sürülüb. Rəsmi Bakı bu təklifləri təhlil edəcək və münasibətini ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mənin aprelin 18-də regiona səfəri zamanı bildirəcək.

E.Məmmədyarov qeyd edib ki, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə aparılmış danışıqlar zamanı Azərbaycanla əlaqələrin daha yüksək səviyyəyə çatdırılması niyyəti ifadə olunub. "Bu, Azərbaycanın milli maraqlarına uyğundur", - deyə diplomat vurğulayıb. "ABŞ Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən strateji siyasətini təqdir edir və ölkəmizi regionda lider hesab edir", - deyə E.Məmmədyarov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti