...

"Azadlıq" blokunun Sədrlər Şurasının iclası keçirilib

Siyasət Materials 10 May 2006 17:43 (UTC +04:00)

Mayın 10-da "Azadlıq" Siyasi Blokunun Sədrlər Şurasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda ölkədəki ictimai-siysai vəziyyət, 13 mayda keçiriləcək təkrar parlament seçkiləri, Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına üzv olması və digər məsələlər müzakirə olunub.

Blokun həmsədri Sərdar Cəlaloğlu keçirdiyi mətbuat konfransında bildirib ki, "Azadlıq" blokunun mayın 30-da keçirməyi planlaşdırdığı konfrans qeyri-müəyyən vaxta təxirə salındı. S.Cəlaloğlu qeyd edib ki, onlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə dair konfrans keçirməkdə israrlıdır və bunun üçün müvafiq yer axtarırlar.

"Azadlıq" bloku eyni zamanda Naxçıvan Muxtar Respublikasında zona müşavirəsi keçirməyə qərar verib.

Sərdar Cəlaloğlu həmçinin qeyd edib ki, "Azadlıq" bloku təkrar parlament seçkisində keçiriləcək "exit-poll"lara nəzarət edəcək. Blok liderləri hesab edir ki, "exit-poll"ların təşkilində şəffaflıq təmin olunmalıdır. S.Cəlaloğlu bildirib ki, "Azadlıq" bloku bitərəf müşahidəçilərin rəyləri əsasında seçkinin nəticələrinə qiymət verəcək: ""Azadlıq" blokunun təkrar seçkidə iştirak etməməsi seçicilərin passivliyinə gətirib çıxarıb. Digər siyasi qüvvələrin, o cümlədən də Müsavat Partiyasının seçkidə iştirakı isə seçki prosesinin aktivləşməsinə, seçkinin demokratik keçməsinə heç bir təsir göstərməyib".

Xəbər lenti

Xəbər lenti