...

AŞPA-nın Cənubi Qafqazda mədəni abidələrin vəziyyətinin monitorinqi üzrə məruzəçisi Bakıya gələcək

Siyasət Materials 17 May 2006 11:21 (UTC +04:00)
AŞPA-nın Cənubi Qafqazda mədəni abidələrin vəziyyətinin monitorinqi üzrə məruzəçisi Bakıya gələcək

Trend-i buradan izləyin

Mayın 28-də AŞPA-nın Cənubi Qafqazda mədəni abidələrin vəziyyətinin monitorinqi üzrə məruzəçisi, britaniyalı parlamentari Edvard O'Xara Bakıya gələcək.

Bu barədə Trend ə AŞ-nin Bakıdakı informasiya ofisindən məlumat verilib.

Edvard O'Xaranın regional səfərinin bir hissəsi olan bu səfər mayın 31-dək davam edəcək. Səfər çərçivəsində o, Ermənistana, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə və Dağlıq Qarabağa da gedəcək.

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Trend ə verdiyi məlumata görə, məruzəçinin səfərinin birinci hissəsində Azərbaycanın Ermənistan ərazisindəki mədəni abidələrinin vəziyyəti öyrəniləcək.

Xəbər lenti

Xəbər lenti