...

Əfşar Süleymani: "İran prezidentinin ABŞ prezidentinə məktubundan indiyədək heç bir cavab yoxdur"

Siyasət Materials 24 May 2006 16:51 (UTC +04:00)

"İranın nüvə proqramı dinc məqsədlərə yönəlib və bununla biz Atom Elektrik Stansiyasını yanacaqla təmin etmək istəyirik. Bir çox dövlətlər də etiraf edir ki, bu, sizin öz hüququnuzdur, amma İrana tövsiyə edirlər ki, bu hüququndan imtina etsin. Biz bu məsələlərlə bağlı danışıqlar aparmağa hazırıq, amma İran özünə qarşı siyasi təzyiqləri qəbul etmir". Trend in məlumatına görə, bu fikirləri mayın 24-də mətbuat konfransı keçirən İran İslam Respublikasının Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

O, qeyd edib ki, İranın uranı zənginləşdirməsi beynəlxalq hüquq normaları çərçivəsində aparılır və beynəlxalq münavilələrə əsaslanır. Sfirin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nümayəndələri də İranda uranın zənginləşdirilməsi prosesini izləyiblər və qeyri-dinc məqsədlərə yönəldiyini hələ ki, müşahidə etmədiklərini bildiriblər. İranın nüvə proqramı ilə bağlı müqavilə bağladığını deyən Ə.Süleymaninin sözlərinə görə, beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri pozmaq beynəlxalq hüquq normalarının pozulması deməkdir. Nüvə proqramının BMT-yə göndərildiyini deyən səfirin sözlərinə görə, İranın bu fəaliyyəti qanunsuz olsaydı, müvafiq qərar çıxarılardı.

Ə.Süleymani İran prezidenti Mahmud Əhmədinejadın ABŞ prezidenti Corc Buşa məktub göndərməsinə də toxunub və bildirib ki, bu məktub ABŞ-da nə yayıldı, nə də ona cavab verildi: "Əgər Amerikada demokratiya varsa, nə üçün ancaq öz fikirlərini yayırlar, məlumatları öz istədikləri şəkildə yönləndirirlər? İran prezidentinin məktubunda onun sözləri məntiqliydi və düzgünlük var idi, buna görə də indiyədək heç bir cavab yoxdur. Məlumatı yaymayıb özünün istədiyi kimi təqdim etmək demokratiyaya ziddir. KİV-ləri monopoliyada saxlamaq da ədalətsizlidkir"-deyə səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti