...

Gəncədə "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi keçirildi

Siyasət Materials 6 İyun 2006 19:36 (UTC +04:00)

Bu gün Gəncə şəhərindəki Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan mətbuatının öncüllərindən olan "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub. Yazıçılar Birliyi Gəncə şəhər şöbəsi üzvlərinin, Mədəniyyət və Turizim İdarəsi nümayəndələrinin qatıldığı tədbirdə tələbələr də iştiark edirdilər.

Yazıçı Məmməd Alim yubileyə toplaşanlara jurnalın fəaliyyəti haqda geniş məlumat verdi. Tələbələr "Molla Nəsrəddin" jurnalının yaradıcıları, bu məktəbin yetirməsi və davamçıları olan tanınmış publisistlər Cəlil Məmmədquluzadə, Əbdülrəhim bəy Haqverdiyev, Üzeyir Haçıbəyov, Əliqulu Qəmküsar, Əli Nəzmi ,Mirzəli Möcüz, şair Mirzə Ələkbər Sabir, yazıçı-dramaturq Cəfər Cabarlının əsərlərindən parçalarlar oxudular. Kitabxanada həmçinin yübileylə bağlı sərgi də təşkil olunub.

Xəbər lenti

Xəbər lenti