...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Barmek Azerbaijan şirkətini məhkəməyə verib

Siyasət Materials 30 İyun 2006 17:35 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Barmek Azerbaijan şirkətini məhkəməyə verib

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanın Beynəlxalq mübahisələr üzrə iqtisadiyyat məhkəməsinə Bakı və Sumqayıt elektrik şəbəkələrini idarə edən Barmek Azerbaijan şirkətinə qarşı iddia irəli sürüb. Hökumət mənbələrindən Trend ə verilən xəbərə görə, buna səbəb şirkətin fəaliyyətində aşkar olunmuş ciddi pozuntular olub. Bu pozuntular Bakı elektrik şəbəkəsinin idarəsi üzrə Barmek Azerbaijan şirkətinin müqavilə öhdəliklərinin icrasının yoxlanışı üçün İqtisadi İnkişaf Nazirliyinin yaratdığı komissiyanın işi zamanı aşkar olunub.

Məhkəmə təhqiqatının başlanmasına baxmayaraq, komissiya yoxlamanı davam etdirir. Pozuntulardan biri budur ki, müqavilə şərtlərinə əsasən 2006-cı ildən başlayaraq, Barmek "Azərenerji" SC-dən aldığı elektrik enerjisinin dəyərini tam ödəməlidir. Müqaviləyə görə, şirkət "Bakıelektrikşəbəkə"nin idarəsinin birinci ilində elektrik enerjisinin qiymətinin 50%-ni, ikinci il - 55%-ni, üçüncü il - 60%-ni, dördüncü il - 75%, beşinci il isə 100%-ni ödəməli idi.

Şirkətin öz hesabatına əsasən, I rübdə "Azərenerji"dən 44,7 milyon manat dəyərində enerji alınıb, lakin istehlakçılardan cəmi 22,8 milyon manat toplanıb. Barmek hökümətə qarşı elektrik enerjisinin tariflərinin artırılması və birinci kateqoriyalı abunəçilərin (strateji obyektlərin) borclarının hökümət tərəfindən ödənilməsi barədə iki təklif irəli sürüb. Dövlət komissiyasının başçısı, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov deyib: "Biz, Barmekin dediyi kimi, şirkət qarşısında tariflərin qaldırılması haqqında öhdəlik götürməmişik. Birinci kateqoriyalı istehlakçılara qarşı iddia irəli sürərək, Barmek özünü öz ödənişlərindən azad etmək istəyir".

Həmçinin qoyulmuş sərmayələrin həcminə görə də fikir ayrılıqları mövcuddur. Şirkətin bəyanatına görə, onların ümumi həcmi 291 milyon ABŞ dolları təşkil edir, hökümətin hesablamalarına görə isə daha az sərmayə qoyulub.

Xəbər lenti

Xəbər lenti