...

Gənclər və İdman Nazirliyi Türkiyənin Karabük Gənclik Mərkəzi ilə birgə layihə həyata keçirir

Siyasət Materials 13 Sentyabr 2006 18:09 (UTC +04:00)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Türkiyə Cumhuriyyətinin Karabük Gənclik Mərkəzi ilə birgə gənclərin mübadilə layihəsini həyata keçirir. Trend xəbər verir ki, layihənin məqsədi iki ölkə gəncləri arasında dostluq, qardaşlıq münasibətlərinin, mədəniyyət və idman əlaqələrinin daha da inkişaf etdirilməsidir.

Qeyd edək ki, ötən il layihə çərçivəsində Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Türkiyə Cumhuriyyətinin Ankara, Karabük və Safranbolu şəhərində səfərdə olmuş və orada keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə iştirak edib.

Layihənin davamlılığının təmin olunması məqsədi ilə nazirlik tərəfindən 20 nəfər tərkibdə Türkiyə nümayəndə heyətinin 13 - 19 sentyabr 2006-cı ildə Azərbaycan Respublikasında qəbul olunması və ümummilli lider Heydər Əliyevin müdrik kəlamlarından biri olan "Bir millət-iki dövlət" devizi altında Azərbaycan gənclərinin də iştirakı ilə Bakı və Sumqayıt şəhərlərində, Şamaxı rayonunda mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.

Səfərin proqramına müvafiq olaraq, 16 sentyabr saat 12:00-da Sumqayıt şəhərində "Çənlibel" İstirahət Mərkəzində, 18 sentyabr saat 17:00-da Bakı şəhərində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Bir millət - iki dövlət" devizi altında Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti