...

Qadınları Dubaya göndərən insan alverçiləri həbs edilib

Siyasət Materials 23 Sentyabr 2006 13:19 (UTC +04:00)

Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nəzdində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alverçilərini həbs edib. B ubarədə Trend ə İnsan Alverinə Qraşı Mübarizə İdarəsindən məlumat verilib.

İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunan vətəndaşlar Yevlax rayon sakini Ərkinaz Abdullaeyva və Bərdə rayon sakini Fərqanə Mustafayevadır. Araşdırma zamanı müəyyən edilib ki, hər iki qadın pul qazanmaq məqsədilə öz həmcinslərini Birləşmiş Ərəb Əmirliklərinə göndəriblər.

Faktla əlaqədar cinayət işi başlanıb, insan alveri qurbanlarının şəxsiyyətləri müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti