...

Azərbaycan prezidentinin Latviyaya səfəri başa çatıb

Siyasət Materials 5 Oktyabr 2006 17:47 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya dövlət səfəri oktyabrın 5-də başa çatıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Səfərin sonuncu günü dövlət başçısı KİV nümayəndələri ilə görüşüb və onların suallarına cavab verib. Sonradan İlham Əliyev Latviya prezidenti ilə birgə Azərbaycan-Latviya biznes-forumunda iştirak edib. Sonra o, Riqa dumasında olub və Riqa meri Ayvar Aksenoksla görüşüb. Dövlət başçısına Azərbaycan-Latviya dostluq parkının maketi təqdim olunub.

Sonra Azərbaycan prezidenti və xanımı Mehriban Əliyeva İşğal müzeyində olub, şəhərdə gəzib, Azərbaycanın Latviyadakı səfirliyinə baş çəkiblər. Səfərin son bəndi Azərbaycan diasporunun nümayəndələri ilə görüş olub.

Xəbər lenti

Xəbər lenti