...

Vahid Ələkbərov: LUKOIL Azərbaycanda YDS şəbəkəsini genişləndirmək üçün 15 mln dollarədək sərmayə qoymağı planlaşdırır

Siyasət Materials 6 Oktyabr 2006 14:47 (UTC +04:00)
Vahid Ələkbərov: LUKOIL Azərbaycanda YDS şəbəkəsini genişləndirmək üçün 15 mln dollarədək sərmayə qoymağı planlaşdırır

Oktyabrın 6-da Rusiyanın LUKOIL şirkətinin prezidenti Vahid Ələkbərov Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə şirkətin respublikada neft məhsullarının pərakəndə satış şəbəkəsində iştirakının inkişafı ilə bağlı məsələni müzakirə edib. Trend in xəbər verdiyi kimi, bu barədə LUKOİL şirkətinin rəhbəri Bakıda keçirilmiş mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda YDS-in sayının 21-dən 30-a çatdırılması planlaşdırılır. "Bu layihəyə $15 mln-dək sərmayə qoyulması nəzərdə tutulur", - deyə V.Ələkbərov qeyd edib.

"Ancaq bunun üçün yalnız şirkətin istəyi kifayət deyil. Bizə aktivlər satmaq istəyən tərəflərin olması və torpağın ayrılması ilə bağlı məsələnin həlli vacibdir", - deyə V.Ələkbərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti