...

Müsavat Partiyasının Ağstafa rayon təşkilatının sədri istefa verib

Siyasət Materials 13 Oktyabr 2006 16:06 (UTC +04:00)

Müsavat Partiyasının Ağstafa rayon təşkilatının sədri və Ali Məclisin üzvü Fəxrəddin Dəlgi təmsil olunduğu partiya sıralarını tərk etdiyini və bundan sonrakı fəaliyyətini Azərbaycan Yolu Siyasi Hərəkatında (AYSH) davam etdirəcəyinə dair bəyanat verib. Bu barədə Trend ə AYSH mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Müsavat Partiyasının Ağstafa rayon təşkilatı sözügedən bölgədə üzvlərinin sayına görə ən böyük rayon təşkilatıdır. Hərəkat təşkilatın gələcək fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr, habelə hərəkatın siyasi kursu ilə bağlı digər məsələlərə dair bu ilin noyabrında yerlərdə konfranslar keçirəcək. Bu məqsədlə yerlərdə təşkilat komitələri yaradılır. Ağstafa rayonunda yaradılan ilk təşkilat komitəsinə AYSH-nin Ağstafa rayon təşkilatının sədri Fəxrəddin Dəlgi seçilib.

İkinci belə təşkilat komitəsi Gəncə şəhərində yaradılıb. Bu günlərdə yaradılan təşkilat komitəsinə ADP-nin Gəncə rayon təşkilatından 30-a yaxın üzvü daxil olub.

2006-ci ildə yaradılan AYSH-də 30-dan çox QHT və 6 siyasi partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti